Elnur Məmmədli `sürücü ovu`na çıxdı - FOTO
Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər DYPİ-nin əməkdaşı olan və polis kapitanı rütbəsi daşıyan Elnur Məmmədli xidməti avtomobili ilə görüntülənib. 10 YP 307 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan olimpiya çempionu gecə yarısı avtomobilin arxa yan şüşələrinə pərdə vuran sürücünü saxlayıb. Zərifə Əliyeva küçəsində – «Hilton» otelin qarşısında «Range Rover» markalı, 90 DS 909 dövlət nömrə nişanlı avtomobili saxlayan Elnur Məmmədlinin iştirakı ilə həmin sürücüyə inzibati protokol tərtib olunub. Avtomobildəki pərdələr isə yığışdırılıb.
Jurnalistlərin çəkiliş apardığını görən sürücü etiraz edib. Sonra isə fikrini belə əsaslandırıb: «Mən dost-tanışa demişəm ki, Bakıda deyiləm, sizsə məni çəkib efirə verirsiz. Belə olmaz axı».
Teqlər: