General polislərə tapşırıq verdi

General polislərə tapşırıq verdi
  06 Dekabr 2014    Oxunub:2035
Dekabrın 6-da Sumqayıt Şəhər Polis İdarəsində bu şəhər də daxil olmaqla respublikanın Şimal, Şirvan bölgələrinin, eləcə də, Qubadlı, Zəngilan, Şuşa rayonlarının ərazi polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə növbəti zona müşavirəsi keçirilib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələrin geniş müzakirə olunduğu müşavirədə respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev görülən işlər və xidməti fəaliyyədə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib.

Daha sonra mövzu ətrafında müxtəlif çıxışlar dinlənilib, müzakirə və fikir mübadiləsi aparılıb.

Polis general-mayoru İsmət Əliyev qarşıda duran əsas vəzifələrdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidməti fəaliyyətin daha da təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına dair tapşırıq və tövsiyyələrinin ən yüksək səviyyədə və layiqincə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının vacibliyini bildirib, bu sahədə hər bir əməkdaşdan təşəbbüskarlıq və konkret fəaliyyət, səyləri artırmağı tələb edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti