Musiqiçilər xaric çaldıqları üçün döyüldü - Bakıda

Musiqiçilər xaric çaldıqları üçün döyüldü - Bakıda
  06 Dekabr 2014    Oxunub:2314
Bakıdakı "909" adlı kafesə kütləvi dava düşüb.
AzVision.az vesti.az-a istinadən verdiyi məlumata görə, insident 3 dekabrda gecə baş verib.

Binəqədi rayon Polis İdarəsi hadisənin saat 20.00-da baş verdiyini bildirib. Binəqədi şossesi 54 ünvanında yerləşən kafenin müştərisi 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu və onun üç yoldaşı arasında münaqişə yaşanıb.

Gecə saatları olmasa da, kafe sərxoşlarla dolu olub. Gənclər elə qızışıblar ki, hətta kafenin administratoru 1980-cı il təvəllüdlü Rüstəmov Səməndər Nihat oğlunu və musiqiçiləri döyüblər.

Bundan əlavə, onlar musiqi alətlərini də sındırıblar. Gözləri görməyən sintezatorçu da öz payını alıb. Sərxoş gənclər onun sintezatorunu sındırıblar.

Binəqədi payon 4-cü Polis Bölməsindən verilən məlumata görə, faktla bağlı hələki saxlanılanlar yoxdur. Xuliqanların izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

Dindirilənlərdən biri "Bəs musiqiçiləri niyə döymüsüz?" sualına belə cavab verib: "Onlar xaric çalırdılar".

Əslində isə, onlar davanın səbəbini xatırlamadıqlarını bildiriblər. Onların sərxoş olduqlarını nəzərə alsaq, bu hal qəribə deyil...


Teqlər:





Xəbər lenti