Gənc meyxanaçı dünyasını dəyişdi

Gənc meyxanaçı dünyasını dəyişdi
  06 Dekabr 2014    Oxunub:3504
Gənc azərbaycanlı meyxanaçı dünyasını dəyişib.
AzVision.az ans press-ə istinadən xəbər verir ki, İsmət adlı meyxanaçının ölümünə səbəb qanaxma olub. Dişini çəkdirdikdən sonra qanaxmanın qarşısını almaq mümkün olmayıb və gənc faciəvi şəkildə vəfat edib.

Mərhumun atası “Adam içində” verilişində oğlunun ölümünün əsl səbəbini açıqlayıb:

“Balam qan xəstəliyi olan hemofoliyadan əziyyət çəkirdi. Məhz bu səbəbdən qanaxmanın qarşısını almaq mümkün olmadı. Yeganə övladımı itirmişəm, çox ağırdır. Sizin oğlumu yad etməniz bizə təsəlli verdi. Çox sağ olun”.

İsmət eyni zamanda Hepatit virusu daşıyıcısı da olub.


Teqlər:





Xəbər lenti