`Bakıda oturub kefimlə məşğulam` - Aydın Bəşirov

`Bakıda oturub kefimlə məşğulam` - Aydın Bəşirov
  05 Dekabr 2014    Oxunub:3507
Bir neçə gün bundan öncə bir sıra KİV-də Dövlət Dəniz Administrasiyasının sabiq rəisi Aydın Bəşirovun səhhətində yaranmış problemlərə görə Azərbaycanı tərk etdiyi bildirilirdi.
AzVision.az xəbər verir ki, Ucnoqta.az -ın əməkdaşı bununla bağlı Aydın Bəşirovla əlaqə saxlayıb. O, açıqlamasında yayılan xəbərləri tamamilə təkzib edib:

“Götürüb özlərindən ağıllarına gələni yazırlar. Mən cavan, cağbacağ oğlanam. Qələt eləyir onu yazanlar. Mən oturub Bakıda çay içib çörək yeyirəm, onlar yazır ki, Almaniyaya getmişəm. Boş sözlərdir hamısı”.

Açıqlamasında Aydın Bəşirov onun bu yaxınlarda böyük rayonlardan birinə icra başçısı təyin olunacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “Bunların işi-gücü yoxdur?! Camaat özündən söz çıxarır. Ara qızışdırıb məni qıcıqlandırmaq istəyirlər. Keçi nə haydadır, qəssab nə hayda?! Mən Bakıda oturub kefimlə, istirahətimlə məşğulam. Mən prezidentimizin əsgəriyəm. Allah onun canını sağ eləsin. O, məni ölümdən qurtarıb. İşləmirəm - özü bilər, işləyərəm - özü bilər. Desə, get filan yerə, mən də gedərəm. Nə desə, o da olacaq”.


Teqlər:





Xəbər lenti