Meriyanın qoyduğu parkomatları DYP sökəcək

Meriyanın qoyduğu parkomatları DYP sökəcək
  05 Dekabr 2014    Oxunub:2226
Bakıda tıxaclara səbəb olan parkomatların yeri dəyişdiriləcək.
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

DYP rəsmisinin sözlərinə görə, bəzi yerlərdə parkomatlar təyinatı üzrə düzgün quraşdırılmadığından onların yerinin dəyişdirilməsi və yaxud ləğv olunması məsələsinə baxılıb.

“Həmin yerlərə birgə baxış keçirilib və harada sıxlıq yaradan parkomatlar varsa, qərara gəlinib orada müəyyən dəyişikliklər olsun”.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt küçələrində Fransadan gətirilən 500-dən çox parkomat quraşdırılıb. Parkomatların əksəriyyəti düzgün yerlərdə quraşdırılmadığından paytaxt küçələrində avtomobillər sıxlığı yaradır.
Xüsusilə maşınların sıx hərəkət etdiyi küçələrdə, hərəkət zolağının kənarlarında, yol ayrıclarına, metro çıxışlarına və avtobus dayanacaqlarına yaxın ərazilərdə quraşdırılan parkomatlar sürücülərlə bərabər, piyadalar üçün də müəyyən çətinlik yaradır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti