DYP polisi vuran şair nəvəsini axtarır - FOTOLAR

DYP polisi vuran şair nəvəsini axtarır -  FOTOLAR
  05 Dekabr 2014    Oxunub:3131
Ötən gün Bakının mərkəzində “Porsche” markalı avtomobilin sürücüsü yol polisinin saxlamaq əmrinə tabe olmayıb və avtomobili onun üzərinə sürüb. Bu zaman yol polisi əməkdaşı kiçik xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzVision.az-a açıqlamasında bildirib ki, bu hadisə ilə bağlı ciddi tədbir görüləcək.

DYP rəsmisi qeyd edib ki, həmin avtomobil artıq qeydiyyata alınıb:

“Bu hadisə ilə bağlı Səbail rayonu Yol Polisi İdarəsində araşdırmalar aparılır”.

Qeyd edək ki, yol polisini əzib keçən "Porsche"nin sürücüsünün kimliyi bəlli olub. AzVision.az milli.az-a istinadən xəbər verir ki, ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə xəbərlərin gündəminə çıxan şəxs tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsidir.

Onun da adı babasının adı kimi Əliağa Kürçaylıdır.

Nəvə Əliağa Kürçaylı idarə etdiyi "90 KF 155" dövlət nömrə nişanlı avtomobilinin fotolarını özünün sosial şəbəkədəki profilində də yerləşdirib.

Xatırladaq ki, ötən gün yol polisi əməkdaşı İstiqlaliyyət küçəsində yolu bağlayan zaman sonu “Porsche Cayenne” markalı avtomobilin sürücüsü onun əmrinə tabe olmayıb. Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Sonradan bu hərəkətini təkrarlayaraq polisi vurub kənara tullayıb və avtomobilini sürüb gedib. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb.









Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti