Müəllim və valideynləri narahat edən məsələ

Müəllim və valideynləri narahat edən məsələ
  05 Dekabr 2014    Oxunub:1592
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Nizami və Xətai rayonlarında səyyar qəbullar keçirib.
BŞTİ-dən AzVision.az-a bildiriblər ki, səyyar qəbullar zamanı Nizami rayonu üzrə 23, Xətai rayonu üzrə isə 11 müraciətə baxılıb.

Müraciətlər məktəblərin təmiri, əlavə korpusların tikilməsi, məktəblərin birnövbəli sistemə keçməsi, təhsil müəssisələrində elektron lövhələrin bütün sinif otaqlarında olması və digər məsələlərlə bağlı olub.

Müəllim və valideynləri narahat edən məsələlərlə əlaqədar BŞTİ -nin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti