`Atlas` klinikası bağlanmayıb - Nazirliyə təkzib

`Atlas` klinikası bağlanmayıb - Nazirliyə təkzib
  02 Dekabr 2014    Oxunub:4218
Səhiyyə Nazirliyi “Atlas Medical Center” MMC-nin fəaliyyəti dayandırılması ilə bağlı məlumat yaysa da klinika bunu təkzib edib.
“Atlas Tibb Mərkəzi”nin qeydiyyat şöbəsinin rəhbəri Aygün Əhmədova AzVision.az-a açıqlamasında bildirib ki, klinikanın fəaliyyəti dayanmayıb:

`Klinika bağlanmayıb, hazırda fəaliyyət göstərir. Səhiyyə Nazirliyi tərəfindən hər hansısa yoxlanma aparılması, klinakaya xəbərdarlıq olunub-olunmaması ilə bağlı isə bizdə məlumat yoxdur. Belə bir hal varsa, bu barədə rəhbərlik bilir`.

Qeyd edək ki, Səhiyyə Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə açıqlamasında klinikanın bağlandığını bildirib: Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə “Atlas Medical Center” MMC-nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə müraciət daxil olub. Yoxlama nəticəsində qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənib. Qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən “Atlas Medical Center” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti