Millimiz 9 pillə gerilədi

Millimiz 9 pillə gerilədi
  27 Noyabr 2014    Oxunub:1078
FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.
AzVision.az Apasport.az saytına istinadən xəbər verir ki, noyabrda baş tutan görüşlər siyahıda böyük dəyişikliklərlə nəticələnib.

Hesabat dövründə həm seçmə, həm yoldaşlıq oyunu keçirən millilərdən fərqli, cəmi 1 matça çıxan Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində öz meydanında Norveçə 0:1 hesabı ilə uduzan komandamız 18 xal itirib. Bu itki 9 pillə geriləməklə nəticələnib.

Millimiz indi siyahıda 135-cı yerdədir. Tacikistanla şərik olan komandamız Yeni Zelandiya, Aruba, Əfqanıstan və Qvineya-Bissau kimi ölkələrdən də geri qalır. Burundi, Lixtenşteyn də millimizdən öndədir.

Millimiz və “qonşuları”
130 (155). Lixtenşteyn – 219
131 (132). Aruba - 218
131 (130). Qvineya-Bisau – 218
133 (134). Əfqanıstan – 216
133 (131). Yeni Zelandiya - 216
135 (126). Azərbaycan – 215
135 (134). Tacikistan – 215
137 (148). KXDR – 211
138 (136). Vyetnam – 206
139 (132). Qazaxıstan - 205
140 (137). Myanma – 202

İlk “onluğ”un tərkibində də dəyişikliklər olmayıb. Yalnız Uruqvay iki pillə geriləyib ki, bunun da sayəsində Portuqaliya ilə İspaniya 1 addım irəliləyib.

İlk “onluq”
1 (1). Almaniya – 1725
2 (2). Argentina – 1538
3 (3). Kolumbiya – 1450
4 (4). Belçika – 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya – 1316
7 (7). Fransa – 1160
7 (9). Portuqaliya - 1160
9 (10). İspaniya - 1142
10 (8). Uruqvay – 1135

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən ikisi irəli, ikisi geri geriləyib. Yığmamıza qalib gələn İtaliya isə mövqeyini qoruyub.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
11 (11). İtaliya – 1103
19 (14). Xorvatiya – 946
66 (59). Bolqarıstan - 506
67 (68). Norveç - 500
135 (126). AZƏRBAYCAN – 215
148 (157). Malta – 166

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 604 xalla 48-cidir. “Ay-ulduzlular” 2 pillə geriləyib.


Teqlər:





Xəbər lenti