Qəbul imtahanları çətinləşdi

Qəbul imtahanları çətinləşdi
  25 Noyabr 2014    Oxunub:7905
Gələn il qəbul imtahanlarında hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd açıq test tapşırığının istifadəsi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.

TQDK sədri bildirib ki, bununla bağlı cədvəl tərtib olunub ki, orada fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunub.

M.Abbaszadə qeyd edib ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək:

“Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək”.

Qeyd edək ki, gələn il açıq tipli test suallarının veriləcəyi fənnlər isə bunlardır:

I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənlərindən olan suallar arasında açıq tipli testlər olacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti