iPhone üçün yeni pulsuz Azərbaycan klaviaturası – YÜKLƏYİN

iPhone üçün yeni pulsuz Azərbaycan klaviaturası – YÜKLƏYİN
  18 Noyabr 2014    Oxunub:15237
iOS 8 əməliyyat sistemində fərqli klaviaturaların əlavə edilməsi imkanı da var. Bununla da Azərbaycan dili üçün klaviatura düzümü hazırlamaq şansı yarandı. Əvvəllər əcnəbi, sonradan isə yerli proqramçılar tərəfindən Azərbaycan dilini dəstəkləyən klaviaturalar hazırlandı.

Yerli proqramçılar tərəfindən hazırlanmış klaviaturalardan biri də “AZ Keyboard”-dır. Bu klaviaturanı digərlərindən fərqləndirən əsas məqamlar sürətli olması, düymə səsləri və “w” hərfinin varlığıdır.

Proqramın müəllifi Samir Şaqavatov AzVision.az-a deyib ki, bu klaviatura “Apple” şirkətinin yeni proqramlaşdırma dili olan “swift” dilində yazılıb. Klaviaturanın iOS 8-i dəstəkləyən bütün modellərə uyğunluğu üzərində iş gedir. Proqram pulsuzdur.

Xüsusiyyətləri:

- Sürət: AZ Keyboard-un açılması çox sürətlidir.
- Apple klaviaturasına uyğunluq: - Düymələrin üstündəki hərflər Apple klaviaturasındakı kimi böyük hərflərdir.
- Əlavə simvollar: Bu klaviatura düzümünə Azərbaycan əlifbasındakı hərflərdən başqa “W”, “№” və Azərbaycan manatı simvolları da daxil edilib.
- Düymə səsi: Düymələri basanda klik səsi çıxır (bunun üçün quraşdıranda Full Access verilməlidir)

AZ Keyboard 2.0 versiyasındakı digər yeniliklər:
1) Apple klaviaturasında olduğu kimi düymə basıldıqda böyüdülmüş forması peyda olur.
2) Vergül və nöqtə düymələrini basıb saxlayanda variantlar çıxır.
3) Boşluq düyməsini iki dəfə tez basanda “. ” yazır.
4) Yeni cümləni avtomatik böyük hərflə başlayır.

Klaviaturanı BURADAN pulsuz yükləyə bilərsiniz.

AzVision.az


Teqlər:  





Xəbər lenti