Bakının yeni rəisini polislər yenə tanımadı

Bakının yeni rəisini polislər yenə tanımadı
  18 Noyabr 2014    Oxunub:3904
DİN-də aparılan kadr islahatlarından sonra Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan Mirqafar Seyidov qeyri-adi üsulla yoxlamalara davam edir.
AzVision.az xəbər verir ki, Ucnoqta.az-a daxil olan məlumata görə, Baş Polis İdarəsinin yeni rəisi bu dəfə Nərimanov rayonunda yoxlama aparıb.

Belə ki, dünən gecə mülki geyimdə Nərimanov rayon polis idarəsinə daxil olan BŞBPİ rəisi, general Mirqafar Seyidov sadə vətəndaş kimi polisə müraciət edib: "İş çantamı taksidə unutmuşam, bununla bağlı sizə müraciət etmək istəyirəm".

Lakin polis nəfəri BŞBPİ-nin yeni rəisini tanımayıb. Onun müraciətini soyuq qarşılayaraq, sabah müraciət etməsini istəyib. Bir qədər sonra isə "şikayətçi"nin Mirqafar Seyidov olduğu məlum olub və o polis əməkdaşını tənbeh edib.

Faktla bağlı polis idarəsində cəzalananların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq.

O açıqlamasında BŞBPİ-nin rəisinin istənilən vaxt, istənilən polis idarəsini yoxlamağa ixtiyarı olduğunu bildirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti