Vaqif Səmədoğlunun vəziyyəti ağırlaşıb
“O, Milli Onkologiya Mərkəzində vaxtaşırı müalicə alır. Əgər lazım olarsa aidiyyatı orqanlara müraciət edib İsrailə gedəcəyik. İndi ora getmək Vaqif müəllim üçün çox ağırdı və vəziyyəti də ağırlaşıb. O, özünü yaxşı hiss etmir. Ona görə də İsrailə getmirik. Biz bir il ərzində İsrailə gedib-gəlmişik. Hər şey onun özündən aslıdır. Həmçinin Vaqif müəllim İsrailə getməyi lazım bilmir. Onun ağrıları olmayanda əhvalı da yaxşı olur, kitab oxuyur”.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Səmədoğlunun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir.
Hafiz Əhmədov