Bakının yeni rəisindən gözlənilməz hərəkət...

Bakının yeni rəisindən gözlənilməz hərəkət...
  14 Noyabr 2014    Oxunub:12052
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi polis general-mayoru Mirqafar Seyidov paytaxtdakı polis idarə və bölmələrini yoxlamağa başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. M.Seyidov ilk yoxlamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) həyata keçirib.

Məlumata görə, M.Seyidov bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn "şikayətçi"nin BŞBPİ-nin rəisi olduğu məlum olub.

Faktla bağlı bölmə əməkdaşları arasında cəzalananların olub-olmaması ilə bağlı məlumat veriləcək. BŞBPİ-nin mətbuat xidməti hadisəyə münasibət bildirməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti