Ehtiyatda olan hərbiçilər orduya çağırılır?

Ehtiyatda olan hərbiçilər orduya çağırılır?
  14 Noyabr 2014    Oxunub:9366
“Son yaş həddinə qədər ehtiyatda olan istənilən hərbi vəzifəli hərbi toplanışlara çağrıla bilər”.

Bu barədə AzVision.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ehtiyatda olan hərbi vəzifəlilərin yerli idarə, şöbə və bölmələrə çağırışı qanunvericiliyə uyğun olaraq yoxlama məqsədilə həyata keçirilir:

“Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar”.

SHXÇDX-dən toplanışların vaxtı məsələsinə də aydınlıq gətirilib:

"Toplanışların müddətləri və vaxtı məsələsi bu qanuna uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Hazırda Müdafiə Nazirliyindən SHXÇDX-ə belə bir sifariş daxil olmayıb. Bu çağrış hər zaman aktualdır. Hər zaman toplanış ola bilər. Belə bir çağırış yaxın vaxtlarda baş tutmuşdu. Təlimlər olduqda ehtiyatda olan hərbçilər müntəzəm olaraq toplanışlara çağrıla bilərlər. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Hərbi vəzifəlilər toplanışa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir. Müvafiq Qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər".

Hafiz Əhmədov



Teqlər:  





Xəbər lenti