Bakıda `avtoş` polisi vurdu
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsini rəisi İlqar İbrahimovun verdiyi məlumata görə, polis əməkdaşını vurandan sonra hadisə yerindən uzaqlaşmaq istəyən sürücünü saxlamaq üçün elə həmin küçədə süni tıxac yaradılıb.
Tıxacda qalan sürücü yol polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.
Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsini 315 xidməti vəzifələrini yerinə yetirməsilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə maddəsi ilə cinayət işi başlanılıb.(anspress)