Veteran ailələrinə Prezident təqaüdü veriləcək

Veteran ailələrinə Prezident təqaüdü veriləcək
  13 Noyabr 2014    Oxunub:1796
Baş nazir Artur Rasizadə "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"nın təsdiq edib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, qərar "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" prezidentin fərmanının icrasını təmin etmək məqsədi ilə verilib.

Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların valideynlərinə və ya dul arvadlarına veriləcək.

Təqaüd almaq üçün şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət etməlidir.

Müraciət edən şəxs Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənəd (valideynlərinə münasibətdə - hərbi qulluqçunun doğum haqqında şəhadətnaməsi, dul arvadına münasibətdə - nikah haqqında şəhadətnamə), şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı, ölüm haqqında şəhadətnamə, şəxsin itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi və təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat verməlidir.

Təqaüd Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti, Azərbaycan Respublikasında yaşayan ailə üzvlərinə isə yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin edilərək, ödəniləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti