Baş həkim körpənin öldürülməsini təkzib etdi

Baş həkim körpənin öldürülməsini təkzib etdi
  12 Noyabr 2014    Oxunub:2211
Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində yeni dünyaya gələn körpənin həkimin günahından ölməsi haqda iddialara baş həkim aydınlıq gətirib.
AzVision.az-a açıqlamasında doğum evinin baş həkimi Sevda İskəndərli bildirib ki, mamaçanın uşağı öldürməsi xəbəri yalandır:

“Uşaq hazırda morqdadır, körpənin cəsədi yarılacaq. Ekspertizadan sonra daha dəqiq məlumat veriləcək. Uşaqda ürək çatışmazlığı var idi. Xəstəxanada rentgen ediblər, müayinələri var. Ekspertizadan sonra Sumqayıtın baş pediatrı məlumat verəcək. Nazirliyə artıq bu barədə məlumat vermişik”.

Qeyd edək ki, ötən gün Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində körpə ölümü baş verib. Körpənin valideynləri uşağın doğuş zamanı mamaçanın əlindən düşərək öldüyünü bildiriblər.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti