Sürücülərin nəzərinə: yollar bağlanır

Sürücülərin nəzərinə: yollar bağlanır
  12 Noyabr 2014    Oxunub:1870
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq bu gün paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Həsən Ruhaninin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədarbu gün saat 16.00-dan paytaxtın Yusif Səfərovi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

DYP-nin sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

AzVision.az



Teqlər:





Xəbər lenti