İtkin düşən şəxsin meyiti tapıldı

İtkin düşən şəxsin meyiti tapıldı
  04 May 2013    Oxunub:584
28 apreldə itkin düşən və Şirvan kanalının Ağdaş rayonunun Ərəb kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1968-ci il təvəllüdlü İbrahim Şirəli oğlu Məmmədovun axtarışları başa çatıb.
İ.Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti