`Leyla Yunusu müdafiə edənlər də xəyanətkardırlar`

`Leyla Yunusu müdafiə edənlər də xəyanətkardırlar`
  11 Noyabr 2014    Oxunub:1610
“Müxalifətin bazar günü keçirdiyi aksiya piket idi, o, mitinq deyildi”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı müxalifətin noyabrın 9-u keçirdiyi mitinqindən danışarkən deyib.

“Mitinq anlayışını ona tətbiq etmək mümkün deyil. Çünki orada iştirak edən insanların sayı piket səviyyəsindədir. Bu da bir daha göstərir ki, müxalifətin radikal qanadı olan Azərbaycan Xalq Cəbhəsi və onun himayə etdiyi Milli Şura artıq iflasa uğramaqdadır. Onların qaldırdığı məsələlərin də hər hansı ictimai və siyasi yükü yoxdur. Çünki arxasında kifayət qədər sosial dayaq yoxdur”.

F.Ağamalı hesab edir ki, mitinqdə Leyla Yunusu müdafiə edənlər də xəyanətkardırlar:

“Bu, bir daha sübut edir ki, onlar da Leyla Yunusla birlikdə erməni xüsusi xidmət orqanlarının yanındadır. Etdikləri xəyanət əlbəttə ki, Azərbaycan xalqı tərəfindən öz qiymətini almaqda davam edəcək. Partiya üçün ən böyük fəlakət onun sosial dayaqlardan məhrum olunmasıdır. AXCP də artıq bu mərhələni yaşamaqdadır. Heç bir xarici himayə onu iflasdan xilas edə bilməyəcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti