AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 9-da Lənkəran rayonunun Velədi kəndində rayon sakini Rəhim Babayev idarə etdiyi “ZİL” markalı avtomobilin yükqaldırıcı qurğusu ilə iş görərkən ehtiyatsızlığı nəticəsində qurğu elektrik cərəyanına toxunub və sürücü elektrik cərəyanı vurması nəticəsində ölüb.