Həci Cəmil və Seyid Əli Kərimli

Həci Cəmil və Seyid Əli Kərimli
  10 Noyabr 2014    Oxunub:2728
Elşən Musayev

Dünən radikal müxalifətimizin timsalında daha bir mitinqi ötürdük. Rəzalət idi. Biabırçılıq idi. Adam kasadlığı idi. Bitmənin, çökmənin, urvatsızlığın, acizcə dirənmənin son həddi idi. Keçmiş olsun!


***

Leyla Yunusa azadlıq istənildi həmin gün. Erməni bayrağına bürünməkdən böyük arzusu olmayan, erməni sevgisi ilə alışıb-yanan, təpədən-dırnağacan erməniləşən Leyla Yunusa Bayraq Günündəcə azadlıq istənildi. Çünki, belə lazım idi. Çünki, Əli Kərimli və onun kimi xudpəsəndlərə indiki məqamda erməni əsirliyində olan dilqəmlər, şahbazlar vız gələr, artıq gələr, lazımsız gələr...

***

Cəmil Həsənli yenə “əzəmətli xalq”,- deyə müraciət edirdi. 1500 nəfərə. Yaşından-başından utanmadan.

***

Son məlumatlara görə Yasamal ətrafı dükan-marketlərdə dünəndən etibarən “Patron” tumları ərşə çəkilib. Saat 5-dən sonra “Məhsul“ meydanına təhkim edilən və mitinqdəki tör-töküntüləri yığmaq üçün hətta bazar günü də işə gəlmə məcburiyyəti daşıyan MİS – lərə tabe xadimələrin “Milli Şura” və onun yaradıcılarını ən gözəl sözlərə və alqışlara qərq etməsi də son gələn məlumatlar sırasındadır. Deyilənə görə, həmin gözəlliklərin tərənnümü zamanı əlifbamızın “S” hərfinə daha çox müraciət olunmuşdur.

***

Xədicə bir-iki mitinqə də qatılsa, məncə, bəxti açılacaq. O gün özü yazıb: “Növbəti mitinqdə daha gözəl olacam”. Bravo! Gözəllik sənə həqiqətən yaraşır, “əzizim”. Hətta sən o gözəlliyin etalonusan. 190-160-190 qamətinlə... Sadəcə, Gültəkinə de, hər mitinqdən sonra dala bir gül atsın. Onsuz da həmin gülü sənin alindən kimsə almaz. Ala bilməz. Daha doğrusu, ağlı başında biri risk eləməz buna. Kimə dəysən, asfalta rəsmi çıxar...

***

AXCP-çi baş gənc İlham Hüseyn isə dünən “sahidən” möhtəşəm idi. Daha doğrusu müxalifət adına keçirilən mitinqdə möhtəşəmlik adına bir zad vardısa o da İlham bəyin adına yazılmalıdır. Ələlxüsus da sahib olduğu “indeyski qaş” və əynindəki “ballaxon” şalvar etibarilə... Əli Kərimli danışarkən o qaşlar elə məsumca, elə heyrətamiz çatılırdı, şalvar elə dolub-boşalırdı – kənardan baxan zənn edərdi ki, adam ekvalazer-zaddı. Ya da sürət və enerji şkalası...Allahdan adam qumar-zad oynamır. Əlinə kartı alan kimi mimikasından bəlli olardı – tuz gəlib yoxsa valet...

***

Kim nə deyir-desin, mən Əli Kərimlinin “priçeska”sına vurulmuşam. Dəlləyinə min alqış! Kimdirsə, adam kimi adammış vallah! Sənət nümunəsi yaradıb. Sonra da böyük ehtimalla Əli bəyin yançağından yavaşca vuraraq deyib ki, di dur get mitinqini elə - başını əmələ gətirə bilməsək də, saçını əmələ gətirdik...

***

Cəmil bəyin mollafason geyinməsi, yəni köynəyinin sonuncu düyməsini də bağlaması isə açığı, mənə “çatmadı”. Deyəsən, bəzi qızlar yaşı bir az ötən kimi ərə getmək üçün namaza başladıqlarıtək, Cəmil bəy də islamçıların rəğbətini qazanmaq üçün öz geyimində performans dəyişikliyi edib... Nə deyim, əla! Yəqin bir az sonra Cəmil bəyə Həci Cəmil deyə müraciət edərlər. Seyid Əli Kərimli də onun üçün “Halal masaj” salonu açar. Şalvar üstdən yubka geyinən qızları da buraxarlar meydana – tum çırtlayan kişiləri öncəliklə feyziyab edərlər, sonra da halal xurmadan ağızlarına dürtüb, buraxarlar “İnşaatçılar”ın həndəvərinə...

P.S Abırın, sifətin, həyanın “dekret”ə çıxdığı məqamdayıq. Öz canım üçün....!!!



Teqlər:  





Xəbər lenti