Qəbələdə Milli bayraq günü - Fotolarda

Qəbələdə Milli bayraq günü - Fotolarda
  08 Noyabr 2014    Oxunub:3185
Qəbələdə Milli bayraq və Konstitusiya günü Hüquq mühafizə orqanları, silahlı qüvvələr və digər strukturarın peyntbolçuları tərəfindən fərqli formada qeyd edilir.
Qəbələ şəhərində Milli bayraq və Konstitusiya günü peyntbolçular tərəfindən fərqli bir formada qeyd edilir. Belə ki, Azərbaycan Respublikasının Peyntbol Federasiyası tərəfindən Azərbaycan Respublikasnın Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və ASAN Xidmətin, Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə Azərbacanın Milli Bayraq Günü və Konstitusiya gününə həsr edilmiş Peyntbol idman növü üzrə Respublika Çempionatı işinə başlayıb.

Çempionatın rəsmi əsasnaməsi Gənclər və İdman Nazirliyi və Peyntbol Federasiyası tərəfindən təsdiq edilib.

Hüquq mühafizə orqanları və silahlı qüvvələrin idmançılarının iştirakı ilə keçirlən Çempionatda əsas məqsədi Milli bayraq və Konstitusiya gününün bayram kimi qeyd edilməsi, peyntbol idman növü vasitəsi ilə gənclər arasında hərbi vətənpərvərliyin və dövlət atributlarımıza ehtiramın artırılmasıdır.

Bu gün Qəbələ şəhərində başlanan Çempionatın rəsmi başlanma mərasimi Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərindəki büstünü ziyarət etməklə başlanıb. Ümumilli Liderin büsü önünə Azərbaycan Respublikasının Peyntbol Federasiyası tərəfindən əklil qoyulub. Azərbaycan Respublikası Peyntbol Federasiyasının, Avropa Peynbol Federasiyasının, Çempionat iştirakçıları və Qəbələ rayonunun rəhbər şəxsləri Ümumilli Liderin abidəsinə gül dəstələri qoyduqdan sonra Qəbələ Olimpiya İdman Kompleksində Çempionat Azərbaycan Respublikasının dövlət himni səsləndirlməklə başlanıb.

Çempionatın başlanması Avropa Peyntbol Federasiyasının və Azərbaycan Respublikası Peyntbol Federasiyasının rəhbəliyi tərəfindən açıq elan edilib.

Azərbaycan Peyntbol Federasiyasının Avropa Peyntbol Federasiyasına tam hüquqlu üzv olmasını təsdiq edən sertifikatı Avropa Peyntbol Federasiyasının vitse prezidenti Viktor Toqayev tərəfindən Azərbaycan Peyntbol Federasiyasının prezidenti Əli Hüseynliyə edilib.

Çempionatın açılış mərasimində çıxəş edən Azərbaycan Peyntbol Federasiyasının prezidenti Əli Hüseynli, Avropa Peyntbol Federasiyasının birinci vitse prezidenti Viktor Toqayev Çempionat iştirakçılarını salamlamış onların hər birinə Çempionatda uğurlar arzulayıb, Azərbaycan Respublikasında Cənab Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə aparılan davamlı islahatların idman sahəsində də mühüm rolunu qeyd ediblər.

Çempionatda Fövqəladə Hallar, Ədliyyə, Vergilər nazirliklərinin, Xüsusi Dövlət Mühafzə Xidəti, Miqrasiya xidmərti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və hərbi xidmət çağırış dövlət xidməti, ASAN xidmət və Komandos Peyntbol Klubunun peyntbolçuları yarışırlar. Çempionat 9 noyabrda başa çatacaq.

Hər bir komandanın tərkibində 6 nəfər olmaqla 8 dəqiqəlik peşəkar pilləli keçirlən oynlarda püşkatma nəticəsində qruplara bölünüb.

Qalereya




Teqlər:  





Xəbər lenti