Zabitlər Bayraq Meydanında

Zabitlər Bayraq Meydanında
  08 Noyabr 2014    Oxunub:1313
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə silsilə tədbirlər keçiriləcək.
Tərtib olunmuş qrafikə əsasən, bayram günlərində Bakı qarnizonunda və bölgələrdə yerləşən hərbi hissələrin şəxsi heyətinin Bayraq Meydanına gəzintisi və Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil ediləcək. Tədbirlərdə Dövlət Bayrağının tarixi və muzeydə nümayiş etdirilən eksponatlar haqqında hərbi qulluqçulara ətraflı məlumat veriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, noyabrın 7-də Hərbi Dəniz Qüvvələrinin zabit heyətinin bayram günü ərəfəsində Dövlət Bayrağı Meydanına və Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil edilib.

Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissə və birləşmələrdə, qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyətlə keçirilən tədbirlər davam edir


Teqlər:





Xəbər lenti