Bakı Dəmiryol vağzalı hara köçürüləcək?

Bakı Dəmiryol vağzalı hara köçürüləcək?
  07 Noyabr 2014    Oxunub:8763
Bakı Dəmiryol vağzalının köçürülməsi üçün müzakirələr aparılır. Yerli saytların bir müddət əvvəl yazdığı kimi, paytaxtın yüngülləşməsi və sıxlığın azalması üçün növbəti layihələrdən biri olan vağzalın köçürülməsi reallaşmaq üzrədir. Vağzalın yükü isə Biləcəri və Ələt stansiyaları arasında bölüşdürüləcək.

Dövlət Şəhərsalma və Arxitektura komitəsinin şöbə müdiri Cahangir Qocayev ans-ə deyib ki, vağzal köçürülərsə, hazırkı ərazidə yaşıllıq artırılacaq və yeni avtomobil yolları salınacaq:

“Hazırkı vağzal ərazisində iki dəmir yolu xətti saxlanılacaq ki, həmin xəttlərdə də sürətli elektrik qatarları hərəkət edəcək. Bütün bunlar Bakının Regional İnkişaf Planında 2030-cu ilə qədər nəzərdə tutulub”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sözçüsü Nadir Əzməmmədovun sözlərinə görə, layihə təsdiqlənsə, vağzal ərazisinin Ələt və ya Biləcəri qəsəbəsinin ərazisinə köçürülməsi məqsədəuyğundur:

“Ancaq bu, layihəni Nəqliyyat Nazirliyi təsdiq etdiyi təqdirdə mümkün ola biləcək”.

Qeyd edək ki, vağzalın köçürülməsi planda olduğunu yazmışdıq. Layihənin təsdiqlənməsi gözlənilir, belə ki, müzakirələrdə artıq ilkin razılığın olduğu bildirilir.


Teqlər:  





Xəbər lenti