Nazirlik yürüş keçirəcək

Nazirlik yürüş keçirəcək
  05 Noyabr 2014    Oxunub:1502
Təhsil Nazirliyi Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.
AzVision.az xəbər verir ki, noyabrın 8-i saat 14:00-da baş tutacaq yrüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributların təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.

“Bayraq yürüşü” marşrutunun Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək olması nəzərdə tutulur.

Fatimə


Teqlər:





Xəbər lenti