BŞBPİ-nin rəisi işdən çıxarıldı

BŞBPİ-nin rəisi işdən çıxarıldı
  04 Noyabr 2014    Oxunub:6636
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasov vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumat DİN-dən daxil olub. Məlumata görə, nazirin digər əmri ilə R. Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (bandotdel) rəis təyin olunub.

R. Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə "bandotdel"in rəisi general-mayor Mirqafar Seyidovu təyin edib.

Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.


Teqlər:





Xəbər lenti