Yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb
  03 Noyabr 2014    Oxunub:1131
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 35 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.

DİN-dən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti