Region gənclərinə NLP öyrədilib

Region gənclərinə NLP öyrədilib
  03 Noyabr 2014    Oxunub:1554
"Ayna" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi “Gənclər təşkilatları üçün PR-xidmətin yaradılması modeli - NLP tətbiq etməklə mükəmməl ünsiyyətin qurulması bacarıqları” adlı layihəsini davam etdirir. Layihə çərçivəsində noyabrın 1-2-də Gəncə şəhərində 2 təlim keçirilib.

Təlimin ilk dərs günü təlimçi Sənan Nəcəfovun təqdimatında layihə haqda ətraflı məlumat verilib. Sonra kütlə qarşısında həyəcanın aradan qaldırlması, çıxış zamanı jest, göz kontaktları, mimika və səs tempinə diqqət yetirilməsi, diqqətçəkici, maraqlı, təsiredici çıxış qurmaq, bədən dili, Neyro-linqvistik proqramlaşdırma haqda anlayış, NLP ilə mükəmməl ünsiyyətin qurulması, özünü təqdimetmə haqda peşəkar təlim standartlarına uyğun dərs keçirilib.

Gəncə şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarını təmsil edən gənclərin keçilənləri mənsimsəmələri üçün təlim vorkşoplar, təlim oyunları ilə müşaiyət olunub.

Təlimin ikinci günü İmicin formalaşdırlması və hədəf qrupları ilə iş, Liderlik, Brifinqin keçirilməsi, kamera qarşısında mesajın verilməsi dərsləri keçirilib.

Təlimçi Sənan Nəcəfov təlimlərin yüksək səviyyədə keçdiyini bildirib. Onun sözlərinə görə, ilk 2 təlimdə Gəncə şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, aktiv gənclər qatılıblar və bu, təlimlərin rahatlıqla mənimsənilməsində öz sözünü deyib: “Təlim praktikasına əsaslanaraq biz növbəti 2 təlimi 2 həftə sonra keçirməyi planlaşdırırıq. Təlim iştirakçılarının Sosial şəbəkələrdə paylaşdığı statuslara, bizə ünvanladıqları elektron məktublara əsaslanaraq deyə bilərik ki, təlimlər gənclərin marağına səbəb olub və regionda belə təlimlərin keçirilməsi təqdirəlayiq haldır”.

Təlimçi onu da vurğulayıb ki, növbəti təlimlərdə PR strategiya, SWOT analiz, Fondrayzinq, sponsor axtarışı, Sorğu, monitorinq və araşdırma aparça bacarıqları öyrədiləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan layihənin Gəncə, Şirvan, Bakı, Sumqayıt şəhərlərində də keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Qəbələ, Quba və Masallıda bir günlük master-klasslar olacaq.


Teqlər:





Xəbər lenti