Azərbaycanlı gənc “Qlobal səfir” oldu
Assambleya UNESCAP , UNESCO , Qlobal Sülh Fondu və Qlobal Gənc Liderlər Akademiyasının birgə partnyorluğu ilə həyata keçirilib. Əsas müzakirə panellərindən biri də “Sülh üçün mədəniyyət olan” Assambleyada Dağlıq Qarabağ məruzəsi ilə çıxış edən T.Raufoğlu ümumi sayı 250 nəfərdən çox olan və 40-dan çox ölkəni təmsil edən iştirakçılara münaqişənin mahiyyətini və Azərbaycanın haqlı mövqeyini özündə ifadə edən məlumat verib.
“Gənc Liderlərin 5-ci Beynəlxalq Assambleyası BMT-nin UNESCAP, UNESCO təşkilatları tərəfindən dəstəklənən və bilavasitə həmin qurumların himayəsi ilə keçirilən mühüm tədbirdir”,-deyən Təbriz Raufoğlu vurğulayıb ki , BMT-nin Banqkokdakı qərargahında UNESCAP-ın baş katibi Shamshad Akhtar , ABŞ-ın Tailanddakı səfiri Kristie A. Kenney, Qlobal Gənc Liderlər Akademiyasının Prezidenti Yeddinq Lee və bir sıra yüksək ranqlı digər qonaqlarla görüşlər keçirib və Dağlıq Qarabağ konflikti haqqında müzakirələr aparıb.
O, Qlobal Gənc Liderlər Akademiyasının Bakı nümayəndəliyinin formalaşdırılmasına razılğın əldə olunduğunu və Vaşinqtonda baş tutacaq növbəti Assambleyada ölkəmizibir neçə nəfərdən ibarət nümayəndə heyətinin təmsil edəcəyini dilə gətirib.
Birlik sədri onu da əlavə edib ki, o Qlobal Sülh Fondu , UNESCAP və Qlobal Gənc Liderlər Akademiyasının birgə təsdiqi ilə “Qlobal Səfir” statusuna layiq görülüb.
Teqlər: