Sumqayıt Universitetində yenilik

Sumqayıt Universitetində yenilik
  02 Noyabr 2014    Oxunub:2603
Sumqayıt Dövlət Universitetində "Ritorika klub"u yaradılıb. Universitet nəzdində yaradılan bu klub 12 sahə üzrə fəaliyyət göstərəcək.

Tələbələrin asudə vaxtının dəyərləndirilməsinə yönəldilmiş bu fəaliyyət sahələri yalnız onların tələbəlik illərinin məhsuldar olmasına deyil sonrakı həyatlarında uğurlu kariyeraya sahib olmalarına da kömək etmiş olacaq.

Tədbirdə klubun yaradılmasında əməyi keçən tələbələr Nurlan Səmədli, Arzu Nəbizadə, Bəhruz Bayramov və Elvin Gülməmmədov tədbirdə çıxış ediblər. Ritorika Klubun yaradılmasında Best Friends Təhsil və Karyera Mərkəzinin, Universal Təhsil və Karyera Mərkəzinin, İnnovativ İnkişaf Mərkəzinin xidməti olub.

İlk təlim `Best Friends` Təhsil və Kariyera mərkəzinin təşkilatçılığı ilə Elvin Dadaşovun təqdimatında keçirilib.

Samir



Teqlər:





Xəbər lenti