`Ramiz Mehdiyevin çıxışı milli maraqlara xidmət edir`

`Ramiz Mehdiyevin çıxışı milli maraqlara xidmət edir`
  02 Noyabr 2014    Oxunub:2678
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çıxışı birbaşa Azərbaycanın milli maraqlarına, dövlətçiliyin möhkəmlənməsinə və Azərbaycan xalqının gələcəyinə hesablanıb" - bu fikirləri BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyev təcrübəli dövlət adamı kimi cəmiyyətdə baş verən neqativ halları görür və bu məsələləri geniş içtimai müzakirəyə çıxarıb:

- Çox müsbət haldır ki, bu məsələ cəmiyyətin bütün təbəqələrində geniş müzakirə olunmaqdadır. Çox vaxt səsləndirlər ki, problem varsa, bunu niyə həll etmirlər? Təcrübəli dövlət adamı odur ki, nəyin bağlı qapılar arxasında göstəriş və sərəncamla, nəyi ictimai müzakirəyə çıxarmaqla həll etməyin mümkünlüyünü bir-birindən fərqləndirə bilir. Həqiqətən də sadalanan nöqsanlar mövcuddur. Bəzi bölgələrdə qız uşaqlarını təhsildən yayındırlar, hətta yuxarı siniflərə buraxılmasını, sanki əxlaqa zidd olduğunu düşünürlər. Bu problemi əmrlə həll etmək mümkünmü? Mümkün deyil. Bunun yeganə yolu ictimai müzakirəyə çıxartmaqla, qınaq obyetinə çevirməklə həll etmək olar. Həmçinin də bununla yanaşı inzibati addımlar olmalıdır. Xarici ölkələrin təcrübəsində var ki, ali savadlı xanımlarla evlənənlərə dövlət bir neçə dəfə artıq yardım edir. Avstraliyada qız uşaqlarını məktəbə buraxmayan ailələr dövlət güzəştlərindən məhrum edilir. Bu cür yollara da əl atılmalıdır.

BAXCP sədrinin müavini həmçinin ölkədə kadr çatışmazlığı haqqında deyilən fikirlərin də doğru olduğunu bildirib: "Hörmətli akademikimiz Ramiz Mehdiyevin məqaləsində söhbət yüksək ixtisaslı, xarici dilləri bilən kadrlardan gedir. Bunun üçün universitetlərimizin səviyyəsi qaldırılmalıdır. Köklü islahatlar aparılmalı, universitetlər özəlləşdirilməli, təhsil kreditləri verilməlidir. Bizdə universitetlərdə təhsilin əsas hissəsi pulludur. Bunu özəlləşdirmək lazımdır. Əvvəla, universitet dövlət büdcəsinə pul ödəyəcək, dövlət də ağır yükdən azad olacaq. Bu zaman universitetlərə dövlətin ayırdığı maliyyə orta məktəblərdə tədrisin keyfiyyətli olmasına istiqamətlənə bilər”.




Teqlər:





Xəbər lenti