Həbsxanaya telefon keçirmək istədi

Həbsxanaya telefon keçirmək istədi
  02 Noyabr 2014    Oxunub:1532
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Məhəmməd Ramazanhacı oğlu Saxrayevin yanına qısamüddətli görüşə gəlmiş qohumu, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Maqomayev küçəsi, ev 5 ünvanında yaşayan vətəndaş Oruc Rövşən oğlu Umudovun üzərinə və əşyalarına baxış keçirilən zaman, əynindəki gödəkçənin cibindən bir ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.



Teqlər:





Xəbər lenti