AzVision.az oxu.az-a istinadən xəbər verir ki, “Audi” komandasını təmsil edən "Audi R8" markalı avtomobilin pilotları idarəetməni itirərək maşını maneəyə çırpıblar. Bundan sonra isə dəyəri 1 milyon dollar təşkil edən “Mercedes-Benz SLS AMG GT3” markalı yarış maşın da divara çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Yarışlarda qısa fasilə yaranıb və maşınlar bokslara təxliyə olunduqdan sonra yürüş davam edib.