`Koroğlu`da bədbəxt hadisə
AzVision.az xəbər verir ki, virtualaz.org saytının müxbiri bu hadisənin bilavasitə şahidi olub. Əməkdaşımızın dediyinə görə, ətrafdakı adamlar dərhal polisə və təcili yardıma zəng vurublar:
“Təcili yardım maşınının ora gəlib çatması haradasa 15-20 dəqiqə çəkdi. Həkimlər briqadası gələndə kişi artıq ölmüşdü. Təcili yardım həkimləri onun boğulmadan və ya infarktdan öldüyünü güman etdiklərini dedilər. Onların ehtimalına görə, mərhum ya ürək tutmasından vəfat edib, ya da astma xəstəsi olub və boğulmadan keçinib”.
Mərhumun meyiti təcili yardım maşını ilə tibbi ekspertizaya aparılıb.