`Avtoş` polis işdən qovuldu

`Avtoş` polis işdən qovuldu
  31 Oktyabr 2014    Oxunub:1812
Azərbaycanda polis əməkdaşı avtoxuliqanlıq etdiyinə görə işdən qovulub. AzVision.az xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Çevik Polis Alayının əməkdaşı, polis çavuşu Fərhadov Peyman Fərhad oğlu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “VAZ 2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili yolun əks istiqamətinə çıxmaqla sürüb. O, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının “saxla” əmrinə də tabe olmayıb.

P.Fərhadovun idarə etdiyi avtomobilin təkəri çıxdıqdan sonra onun polis əməkdaşı olduğu məlum olub. P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb.


Teqlər:





Xəbər lenti