Bakının bəzi yerlərində su olmayacaq

Bakının bəzi yerlərində su olmayacaq
  28 Oktyabr 2014    Oxunub:1624
Sabah Bakının bir çox qəsəbələrində suyun verilişində fasilələr yaranacaq.
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, Bakıətrafı dairəvi avtomobil yolunun tikintisi işləri çərçivəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə su xəttinin magistral yola düşən hissəsinin köçürülməsi ilə əlaqədar gün ərzində Mehdiabad, Digah, Məhəmmədi, Sabunçu, Zabrat qəsəbələrinə, Gülüstan yaşayış massivinə və Xəzər rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti