Azərbaycanda `yol terroru`- 845 ölü, 1993 yaralı

Azərbaycanda `yol terroru`- 845 ölü, 1993 yaralı
  28 Oktyabr 2014    Oxunub:1192
Cari ilin 9 ayında ölkə ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, cari ilin ilk 9 ayında respublika ərazisində 1959 yol qəzası baş verib. Nəticədə 845 nəfər ölüb, 1993 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 198, ölüm sayı 27, yaralı sayı isə 310 fakt azalıb.

Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 707 yol qəzası baş verib. Nəticədə 267 nəfər ölüb, 499 nəfər yaralanıb.

Cari ilin ilk 9 ayında surət həddini aşma səbəbindən 571 yol qəzası qeydə alınıb. Nəticədə 293 nəfər ölüb, 468 nəfər yaralanıb.

Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 74 uşaq ölüb, 175-i isə yaralanıb.

Hesabat dövründə paytaxtda 679 yol qəzası qeydə alınıb edib. Bu qəzalarda 237 nəfər ölüb, 667 nəfər isə yaralanıb.


Teqlər:  





Xəbər lenti