`Əli Kərimli şeytanla da əməkdaşlığa hazırdır`

`Əli Kərimli şeytanla da əməkdaşlığa hazırdır`
  27 Oktyabr 2014    Oxunub:1909
Artıq bələdiyyə seçkilərinə rəsmi start verilib. Hakım Yeni Azərbaycan Partiyası və bir neçə müxalifət partiyası da seçki hazırlıqlarını bəyan ediblər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyir ki, onlar bu hazırlığı bir neçə ay bundan əvvəl partiya daxilində həyata keçiriblər:

- Hazırda BAXCP-nin Azərbaycan üzrə 56 rayon təşkilatı mövcuddur. Məlum olduğu kimi, bələdiyyə seçkiləri kütləvi iştirak deməkdir. Biz çalışacağıq ki, maksimum dərəcədə partiyanın namizədi ilə seçkilərdə iştirak edək. Burada söhbət yüzlərlə insandan gedir. Namizədlərimiz partiyanın nüfuzlu şəxsləri olacaq. Hətta ola bilsin ki, BAXCP-nin üzvü olmayan nufuzlu şəxsləri də müdafiə edək. Partiyanın namizədləri arasında BAXCP sədrinin müavini də daxil olmaqla rayon şöbə sədrləri, alı məclis üzvləri və digər vəzifə tutan şəxslər olacaq. Nəzərinizə çatdırım ki, 2009-cu ilin bələdiyyə seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçki prosesinə qatılan partiyalar arasında 3-cü yeri tutub. Bu dəfə isə çalışacağıq ki, seçkilərdə 2-ci yeri tutaq. Buna bizim potensialımız da çatır. Seçkidə əsas rəqibmiz isə hakim Yeni Azərbaycan Partiyası olacaq.

- Müxalifət düşərgəsində təmsil olunan partiyaların əksəriyyəti, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat bu seçkilərdə iştiraka maraqlı görünmür. Sizcə, seçkilərə olan maraqsızlıq özünə güvənməməkdən irəli gəlir, yoxsa elektorat azlığından?

-Bəli, düzgün müşahidədir. Yalnız radikal siyasi düşərgə bələdiyyə seçkilərində iştirakda maraqlı görünmür. Bunun əsas səbəbi onların yerlərdə çox zəif bazalarının olmasıdır. Bu gün Əli Kərimlinin yanında kim qalıb ki, hələ onun partiyasından namizəd də olsun? Son günlər orda qalan 3-5 adamda istefa verib. Bunlar yaxşı bilir ki, 1700 bələdiyyəyə namizəd vermək lazımdır. Bu elə 1700 nəfər deməkdir. Əli Kərimlinin mitinqinə 500-600 nəfərdən artıq adam gəlmir. Hardan tapacaq bu qədər insanı? Ona görə də bu adamlar bələdiyyə seçkilərində iştirakda maraqlı deyillər. Son prezident seçkilərində özləri etiraf edirdi ki, məntəqələrə müşahidəçi verməyə namizəd tapa bilmirdilər. Bunların verdyi müşahidəçilər ümümi məntəqələr üzrə 10 faiz deyildi.

- Bu arada sözügedən partiyalar ciddi cəhdlə Leyla Yunusu qəhrəman etməyə çalışır. Sizcə, belə bir sifariş müxalifətə müəyyən xarici dairələrdən gəlməyibmi?

- Onlar birbaşa xarici təşkilatlardan tapşırıqlarını həyata keçirirlər. Özlərini onların yanında "sözəbaxan" kimi göstərirlər. Bu yaxınlarda qeyri-hökumət təşkilatları rəhbərləri ilə hökumət nümayəndələrinin görüşü keçirildi. Həmin görüşə mən də dəvət edilmişdim. Ordan olan bu insanlara sual verdim ki, necə ola bilər, son 3-4 ildə beynəlxalq donorlar Azərbaycana 22 milyon dollar qrant veriblər və bu qrantların 75 faizi ancaq radikal müxalifətə yaxın 10-15 qeyri-hökumət təşkilatı arasında bölünüb, niyə? Məqsəd nədir? Bu gün ölkədə 3000-ə yaxın qeyri-hökumət təşkilatı var. Kim bu ölkənin milli maraqlarını satmağa hazırdırsa, bu pulu ona verirlər. Heç biri mənim bu sualıma cavab verə bilmədilər. Özləri də yaxşı bilir ki, mənim sualım haqlıdır və bu pulu xarici təşkilatlar ona görə verir ki, istədikləri vaxt Azərbaycan prezidenti cənab İlham Əliyevin əleyhinə, Azərbaycanın milli maraqlarına zərbə vursunlar. Onların məqsədi budur. Leyla Yunus isə 1992-ci ildən Azərbaycan dövlətinin əleyhinə olan bir insandır. O, bütün ömrünü buna sərf edib. Mərhum Əbülfəz Elçibəy prezident olduğu dövrdə, xüsusi xidmət orqanlarının əməkdaşları Müdafiə Nazirliyində vəzifə sahibi olan həmin Leyla Yunusun gizli danışıqlarını tutmuşdular. Hələ o zaman Leyla Yunus xarici dövlətə cəausluq edirmiş. İndi bu adamı Əli Kərimli və onun kimilər "qəhrəman" sayır. O dövrün mətbuatını oxuyun və görün ki, Elçibəy bu satqın adam haqqında hansı fikirləri işlədib.

-Ümumilikdə Azərbaycana xəyanət etmiş istənilən bir şəxsin ciddi cəhdlə müdafiəsi nə dərəcədə məntiqlidir?

- Leyla Yunusu müdafiə edən Əli Kərimli beynəlxalq təşkilatlara xoş gəlmək üçün bu addımı atır. Onun üçün heç bir ölçü yoxdur. Və bu adam hakmiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazırdır.


Teqlər:





Xəbər lenti