“Heç kim mənə baş çəkmir”- Keçmiş nazir
Hazırda özünü yaxşı hiss etdiyini deyən F.Cəlilov müalicəsinin ev şəraitində davam etdiyini bildirib: “Dərmanlar içirəm. Özüm də yaxşıyam, amma yenə də həkim nəzarətindən keçməliyəm”.
“Dost-tanışlardan kimlər yanınıza gəlir?” sualına F.Cəlilovun cavabı belə olub: “Heç kim, amma arada görüşürük. Həyat belədir, bilinmir sonra nə olacaq”.
Xatırladaq ki, F.Cəlilov ürək-damar xəstəliyindən əziyyət çəkir. O, bununla əlaqədar Türkiyədə əməliyyat keçirib.