Nişanı olacaqdı, özünü asdı
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, dünən gecə Gülpəri Vasif qızı Quliyevanın yaşadığı evin sanitar qovşağında ipdən asılmış meyiti tapılıb.
1990-cı il (2 oktyabr) təvəllüdlü gənc qızın bu günlərdə nişanı olacaqmış. İlkin ehtimala görə, gənc qız başqasını sevib və məhz buna görə də intihar edib.
Hadisə ilə bağlı Siyəzən Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
Prokurorluqdan bildirilib ki, hazırda araşdırma aparılır və intiharın təfərrüatı yaxın vaxtlarda məlum olacaq.
Teqlər: