Azərbaycana qar yağır

Azərbaycana qar yağır
  26 Oktyabr 2014    Oxunub:2427
Azərbaycan qış saatına keçdiyi bir vaxtda, bir sıra rayonlarımızda qışın əlamətlərindən biri olan qar yağması müşahidə olunub.
Azərbaycanın yüksək və dağlıq ərazilərində ötən gün axşam saatlarında başlayan yağış, sonradan sulu qara və qara çevrilib. Qubanın dağ kəndlərində, Gədəbəydə, cənub rayonlarından isə Lerik və Yardımlıda sulu qar və qar yağdığı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin hava haqqında verdiyi məlumata əsasən, ölkə ərazisində soyuq və yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Rayonlarda hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı olduğu bildirilib.(ans)


Teqlər:





Xəbər lenti