Qırğızıstanda səfirliyimiz açılır

Qırğızıstanda səfirliyimiz açılır
  24 Oktyabr 2014    Oxunub:1197
Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinin yaydığı məlumata görə, dövlət başçısı Almazbek Atambayev bu ölkənin Azərbaycanda səfirliyinin yaradılması haqqında Fərman imzalayıb.
Fərmanda deyilir: “Azərbaycanla əldə edilən razılaşmaya uyğun olaraq və bu ölkə ilə Qırğızıstan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Qırğızıstanın səfirliyi yaradılsın”.

Fərmanda aidiyyəti qurumlara bir ay müddətində səfirliyin təşkilati və maliyyə məsələlərini həll etmək tapşırılır.(Azərtac)


Teqlər:  





Xəbər lenti