Ginekoloqda uduzan `siyasi mamaça`

Ginekoloqda uduzan `siyasi mamaça`
  22 Oktyabr 2014    Oxunub:3123
Aydın Canıyev

Bu gün bütün dünya üçün Azərbaycana təzyiq mənasında Leyla Yunus “söz azadlığı, insan hüquqları müdafiəçisi” kimi dəstavuz olub. Hər tərəfdən - amma Azərbaycandan kənardan,- “hav-hav”lar başlayıb da, bitmək bilmir! Adama deyərlər, Azərbaycanda hər gün minlərlə adam həbs olunur - onların içində dələduz da var, oğru da, narkoman da, narkobaron da, dövlət qulluqçusu da!!! Amma və lakin adı müzakirəyə çıxarılan üç-beş “seçilmiş” var! Nədən?


Diqqət yetirəndə məlum olur ki, bu təşkilatlar heç də Leyla Yunusun əməkdaşlıq etdiyi təşkilatlar olmayıb, heç tanımayıblar da, indi birdən-birə zühur edib Azərbaycanda söz azadlıqlarına, insan hüquqlarına qəyyumluq istəyində bulunurlar.

Bəlkə də heç vaxt Leyla Yunus haqqında heç nə yazmazdım. Nə lehinə, nə əleyhinə! Leyla Yunus mahiyyətcə o qədər möhtəşəm deyil ki, başağrısı olsun və hakimiyyət ehtiyat eləsin. Rəhim Qazıyevi, Ələkrəm Hümmətovu, İsgəndər Həmidovu azadlığa buraxan hakimiyyət Leyla Yunusa şantaj üçün o boyda şərəf verməz, amma və lakin... “hav-hav” dəstəsində olanların anlaması üçün bir şeylər yazdım...

Leyla Yunus “hüquq müdafiəçiliyinə” ironiya olduğu qədərincə ironiya etdim: “SAXAROV" mükafatı "siyasi mamaça"ya yox, həqiqi ginekoloqa verildi! Mükafat "siyasi meyit"lərə "mamaça"lıq edənə, onları "dirilt"məyə görə yox, dünyaya DİRİ VƏTƏNDAŞ gətirənə verilir!!!

Adamın soruşmağı gəlir: onları da kimsə öyrədib??? Ay sizi "lotular", görürsünüz ki, "ət" yeyəndə adamı nə təhər məƏTtəl qoyurlar? Di indi müqayisə aparın, görün nə gündəsiniz: Konqo Respublikasının ginekoloqu da sizin "siyasi mamaça"nızdan üstün tutulur!

Martin Şults – Avroparlamentin sədri – nəticəni bəyan edəndə siyahıya nəzər saldım: namizədlərin əksəri qadındır. Amma bu mükafatı kişi cinsində olanlara da veriblər, bu dəfə niyyət ancaq hansısa qadını abartma olub. Özü də maraqlı gəldi: Avroparlament Konqoda - Afrikada söz azadlığını müdafiə etdiyini bəyan edir. Anlamadım! Anlamaq da istəmədim! Avroparlamentdə oturanlar ümumiyyətlə Avropa saydıqları ölkələrin özündə ayı, günəşi yerinə qoyub qurtarıblar ki? Bu qədər həyasızcasına addımlarda və bəyanatlarda bulunanların niyyətlərinin nədəni zatən bəlli olmalı!

Fəqət... İnsanların özünü tanıması hər şeyi yoluna qoyur! Leyla Yunus həbsxanada olduğu müddətdə özünü tanıyacaq. Və özünü tanıyandan sonra azadlığa qovuşacaq! Onda... bu gün onu təzyiq alətinə çevirənlərə xatırladacam: demişdim ya!!!


Teqlər:  





Xəbər lenti