Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  22 Oktyabr 2014    Oxunub:1264
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə və axşam 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti