Millimiz 31 pillə gerilədi

Millimiz 31 pillə gerilədi
  20 Oktyabr 2014    Oxunub:1590
FİFA-nın oktyabrın 23-də açıqlayacağı milli komandaların növbəti reytinq cədvəli indidən bəllidi.
AzVision.az-ın “Apasport.az” saytına istinadən məlumatına görə, bu ay baş tutan görüşlər təxmini siyahıda böyük dəyişikliklərlə nəticələnib. Buna yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakterli olmasıdı. Hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandamız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib.

Millimiz indi siyahıda 126-cı yerdədi. Lüksemburqla şərik olan komandamız hokkey ölkəsi olan Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.



Millimiz və “qonşuları”

121 (107). Niger – 258

122 (120). Kanada – 251

123 (126). Liberiya - 249

124 (121). Livan - 246

125 (114). Ekvatorial Qvineya - 238

126 (95). Azərbaycan - 233

126 (127). Lüksemburq - 233

128 (130). Burundi - 232

129 (134). Filippin - 229

130 (130). Qvineya-Bisau - 226

AzVision.az


Teqlər:





Xəbər lenti