Avstraliya universitetində Qarabağa dair kitablar

Avstraliya universitetində Qarabağa dair kitablar
  17 Oktyabr 2014    Oxunub:2276
Melburn şəhərində fəaliyyət göstərən Dikin Universitetinin kitabxanasına Qarabağ tarixi və Dağlıq Qarabağ münaqişəsinin kökləri barədə həqiqəti əks etdirən yeni kitablar daxil olunub.

Bu barədə Dikin Universiteti kitabxanasının tədris üzrə icraçı direktoru Ənn Horn “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyevaya göndərdiyi məktubda məlumat verib. O, məktubda Azərbaycandan olan qeyri-hökumət təşkilatının universitet kitabxanasına hədiyyə etdiyi kitabların adını sadalayıb, bu qiymətli hədiyyə üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, Dikin Universitetinin kitabxanasına aşağıdakı kitablar hədiyyə olunub: Khojaly witness of a war crime -Armenia in the dock (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”), Khojaly: Genacide of the 20th century (“Xocalı: XX əsrin soyqrımı”), Christian monuments of Karabakh (“Qarabağın xristian abidələri”), Garabagh: real history, fakts, documents (“Qarabağ: real tarix, faktlar, sənədlər”).



“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva əməkdaşımızla söhbətində bildirib ki, bizim təşkilat bu ilin yayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Melburnun Dikin universitetində “Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” adı altında rəsm sərgisi təşkil edib. Layihə çərçivəsində universitetdə Azərbaycan guşəsi yaradılıb, eləcə də universitet kitabxanasına Dağlıq Qarabağ münaqişəsinə dair real həqiqəti əks etdirən kitablar hədiyyə olunub. Melburndan gələn məktub bizim təşkilatın yerinə yetirdiyi layihənin az da olsa səmərə verdiyini göstərir.


Teqlər:





Xəbər lenti