“Bəs, bu NİDA lotuluq edirdi?” - Məşhurlar Facebookda

“Bəs, bu NİDA lotuluq edirdi?” - Məşhurlar Facebookda
  16 Oktyabr 2014    Oxunub:5091
“Emin Milli bir zamanlar ictimai qaraçı idi, sonra siyasi qaraçı oldu”.

AzVision.az “Məşhurların facebook gündəliyi” rubrikasında tanınmışların Facebook sosial şəbəkəsində paylaşdıqları maraqlı statusları təqdim edir:

Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu: “Azərbaycan Universiteti qonşumuzdur. Tələbələrə baxanda ürəyim sıxılır. Gözlər sönük, hərəkətlər anlaşılmaz. Əllərində siqaret kötükləri. Zəng olur, hamısı həyətə axışıb siqaret çəkir. Həbsxana sakinləri kimi hamı qarakurtkalı. Hələ də birində bir kitab görmədim...”.

Millət vəkili Sahib Alıyev:

“Saxarovu hərə bir cür tanıyır. Biri dahi fizik , digəri dissident , üçüncüsü Yelena Bonnerin əri kimi... Amma Azərbaycanda hər kəsin yaddaşında o, Dağlıq Qarabağ münaqişəsində ermənilərin yanında yer alan birisi kimi qalıb və belə də qalacaq. Xatırlatma ona görədir ki, bu gün Leyla Yunusa Saxarov mükafatı verilməlidir. Sizcə, təəccüblənməyə dəyərmi?”.

DİN-in mətbuat xidmətinin əməkdaşı Sahil Kərimli: “İşi gücü dövlətimizə qara yaxmaq olan Xəccə İsmayıl indi də xarici havadarlarından şikayətçidir...necə deyərlər, sənə yar, səndən yar, şikayətim var...)))

Sitat: "In all my meetings with foreign diplomats in Baku I emphasized that I dont want any quiet diplomacy for my defense. Speak loudly if you can. Dont do anything if you cant speak up. I want to thank embassies for doing what they can - nothing. It is not a disappointment post. I kept my expectations law. Just for the record"

"...xarici diplomatlar, səfirliklər mənim müdafiəm üçün heç nə etmirlər və mənə deyirlər ki asta danış..."

“Gündəlik teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı: “Emin Milli bir zamanlar ictimai qaraçı idi, sonra siyasi qaraçı oldu. İndi də Praqa küçələrində sözün əsl mənasında qaraçılıq edir. Qaraçı rəqqasələri dünyada həmişə diqqət cəlb edib. Əgər Emin Milli də daha çox diqqət cəlb etmək istəyirdisə, yaxşı olardı ki bir tuman geyinib Leyla Yunusun obrazını canlandırsın. Sənət naminə tuman geyənlər varsa, insan hüquqları naminə də onun tuman geyinib, rəqqasəlik etməsi utanc və eyib olmazdı. Bir də onda utanan üz olsaydı, evində məlum videolardakı tamaşalar oynanılmazdı.

Jurnalist Eynulla Fətullayev: “Bəs, bu NİDA lotuluq edirdi??? İndi Heydər Əliyevin məzarına növbə ilə düzülüblər. Heç 2 il yatmadılar)))) Nə zəif?”

QHT təmsilçisi Sənan Nəcəfov: “Adamı başqa nətər ələ salarlar?
Azərbaycan millisinin yaxşı komanda olduğunu bilirdik - Xorvatiya yığmasının aparıcı oyunçularından olan Luka Modriç”.

Lent.az xəbər portalının jurnalisti Vüsalə Məmmədova: “Guya nahar fasiləsində həkimə gedib ordan yeməyə getməli idim. İşdən çıxıb qaçaraq getdim. Cavab:

- Gözləyin, həkim namaz qılır! Axı həkim niyə namazı iş vaxtı qılır? İnsan ibadəti özü üçün edir, dövlət üçün yox! Niyə namaz iş vaxtı qılınmalıdır? Namaz allahla insanın arasında olan gizli, hətta intim bir şeydir. Buna görə mən vaxt itirməməliyəm axı”.

Bu ona bənzəyir ki, elə bil həkimə getmisən, deyirlər gözləyin, sevgilisinin yanındadır. Yəni namaz o qədər şəxsi bir şeydir axı...

Offf.... Bu din hamımızın axırına çıxacaq. Nəticə - naharsız qaldım”.

Ans-in keçmiş aparıcısı Elnur Hidayətoğlu: “Belə də iş olar...Bu gün ayın 11-dir. İndiyə kimi 3 toyda olmuşam. Hələ bu harasıdır? Bu gün də toydayam, sabah da, birigün də, ta birigün də, ayın 16-sı, 19-u, 21-i də...sonrası Allah kərimdir. Ay millət , söküldüm, yetərrrrr...Belə yerdə rəhmətlik nənəmin bir sözü var idi. "Bala, elə bil millət qızıb”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı:

“Gültəkin Hacıbəylini görəndə 2007-də Medabad qəsəbəsindən aldığı torpaqlar yadıma düşür....Onda deputat idi...”.

Gənc yazar Şəhriyar del Gerani:

“Bir de görüm əllərin, ayaqların necədi?..
günəşi sənsiz səhərin "alçaq" olur gecəsi...
heç bilmirəm bədənimdə kimi gəzir qollarım?
nə axtarır qollarım?
səni quca bilməyirsə
demək yoxdu qollarım...
bir de görüm, mən ölüm, necə keçir darıxmaq?
sən olduğun şəhərdə neçəyədi darıxmaq?”.

AzVision.az


Teqlər:  





Xəbər lenti